Ru
20:32 / 11 Fevral 2025

Tramp Zelenskini devirmək istəyir

Tramp Zelenskini devirmək istəyir
834

Kiyevdə ABŞ prezidenti Donald Tramp administrasiyasının Vladimir Zelenskini vəzifəsindən uzaqlaşdırmağa çalışması ilə bağlı şübhələr yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.

Reuters məlumatlı mənbələrə istinadən fevralın 1-də bildirib ki, Trampın komandası Rusiya ilə atəşkəs kontekstində Ukrayna hakimiyyətini prezident seçkiləri keçirməyə həvəsləndirmək imkanlarını müzakirə edir. Bu seçkilərin qalibi Moskva ilə uzunmüddətli sülh danışıqları aparmaq vəzifəsini öz üzərinə götürə bilər.

“ABŞ-ın yeni administrasiyasının mesajları Kiyevdə çaşqınlıq yaradır, xüsusən də Tramp komandasının bu il seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı son eyhamları”, - deyə məqalədə bildirilir.

Zelenskinin komandasına yaxın mənbə qeyd edib ki, seçkilərlə bağlı müzakirələr Vaşinqtonun Ukrayna prezidentini vəzifəsindən uzaqlaşdırmaq niyyətini göstərə bilər. Onun fikrincə, Ağ Ev Zelenskini sülh danışıqları aparmaq üçün əlverişsiz hesab edir.

Fevralın 10-da CNN yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnı münaqişənin həllində Donald Tramp üçün Vladimir Zelenskidən daha əlverişli fiqur ola bilər.

Bundan əvvəl Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinin mümkün məğlubiyyəti ilə bağlı xəbərdarlıq edilib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar