Ru
23:22 / 24 Fevral 2025

Trampdan Moskva səfəri ilə bağlı AÇIQLAMA

Trampdan Moskva səfəri ilə bağlı AÇIQLAMA
939

"Mayın 9-u Moskvaya səfər üçün çox tezdir, lakin “uyğun vaxtda” Rusiya paytaxtına səfər etməyi planlaşdırıram".

Bakupost.az TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla danışıqlardan əvvəl Moskvaya nə vaxt səfər etməyi planlaşdırdığı barədə suala cavabında belə deyib.

“Tezliklə deyil, amma mən bunu mütləq edəcəm, əgər Ukraynada hər şey qaydasına düşsə, -məncə, düşəcək, - onda mən oraya gedəcəyəm”, - Tramp vurğulayıb.

"9 Mayla bağlı bir şey bilmirəm, yox, düşünürəm ki, çox tez olacaq. Amma yox, mən uyğun vaxtda Moskvaya gedəcəm", - Tramp əlavə edib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə nə vaxt görüşəcəyini hələ bilmir.
“Nə vaxt bilmirəm, biz danışırıq, bunu anlamağa çalışırıq, amma bəli, nə vaxtsa prezident Putinlə görüşəcəm”, - Tramp deyib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar