ABŞ-nın yeni prezidenti Donald Tramp səlahiyyət müddəti ərzində dünyadaə davam edən münaqişələrə diqqət yetirəcəyini və Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmalı olduğunu deyib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə Florida ştatında Mar-a-Lagodakı malikanəsində təşkil olunan qala gecəsində danışıb.
Rusiya-Ukrayna müharibəsində son günlər minlərlə hərbçi və mülki şəxsin öldüyünə dair bir hesabatı nəzərə aldığını qeyd edən Tramp "Rusiya və Ukrayna ilə daha sıx işləyəcəyik. Buna son qoyulmalıdır. Rusiya və Ukrayna müharibəsi sona çatdırılmalıdır" ifadələrini istifadə edib.
Tramp həmçinin öz idarəçiliyi altında Yaxına Şərqdəki hadisələrə də fokuslanacağını vurğulayıb.
Çıxışında 5 noyabr tarixli prezident seçkilərinin nəticələrinə də toxunan Tramp "129 ilin ən böyük siyasi qələbəsi... Bütün tərəddüd edən ştatları qazandıq. Xalq səsverməsində də üstünlük əldə etdik" deyib.
Lalə, BakuPost