Ru
10:10 / 14 Noyabr 2024

Trampın arvadı bunu istəmir - ABŞ tarixində ikinci belə qadın ola bilər

Trampın arvadı bunu istəmir - ABŞ tarixində ikinci belə qadın ola bilər
1194

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın həyat yoldaşı Melanya Trampın Ağ Evdə yaşamaq istəməməsi ilə bağlı xəbərlər yayılıb. Mənbələr Melanya Trampın Nyu Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını bildirib.

Bakupost.az xəbər verir ki, bu baş verərsə, Melanya Tramp tarixdə Ağ Evdə yaşamayan ikinci "First Lady" olacaq.


Xatırladaq ki, bu vəzifə təsis edildiyi gündən bəri bütün birinci xanımlar məhz Ağ Evdə yaşayıb, vəzifələrini onlar üçün ayrılmış xüsusi ofisdən icra ediblər. Yalnız prezident Harri Trumenin həyat yoldaşı Bess Trumen burada yaşamayıb.



Qeyd edək ki, "First Lady" ABŞ prezidentinin həyat yoldaşının, yəni Ağ Evin sahibəsinin prezidentlik dövründə istifadə etdiyi tituldur. Birinci xanımın rolu rəsmi olaraq müəyyən edilməsə də, o, ölkənin siyasi və ictimai həyatında mühüm yer tutur. ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun (1789-1797) həyat yoldaşı Marta Vaşinqton, bu tituldan istifadə etməsə də, ABŞ-nin ilk birinci “birinci xanımı” sayılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar