NATO-nun dağılması halında Avropa öz güc mərkəzini yaratmalıdır.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ ABŞ prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın rolunu azaltmaq istəyinə bu şəkildə cavab verməlidir. Nazir Amerika liderinin hərəkətlərini “hamı üçün oyanış zəngi” adlandırıb:
"Bu o deməkdir ki, Avropa birləşərək öz güc mərkəzini yaratmalıdır".
Diplomat həmçinin qeyd edib ki, Türkiyə Şimali Atlantika Alyansının dağılması halında yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq.
Martın 5-də “Daily Mail” qəzeti yazıb ki, Tramp ABŞ-ın Böyük Britaniya və ya Fransanın xeyrinə NATO liderliyindən imtina edə bilər.
Zaur, BakuPost