ABŞ prezidenti Donald Tramp Kanadanın Birləşmiş Ştatların tərkibinə daxil olmasına dair siyasətinə davam edir.
Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
"Prezident hələ də Kanada ilə bağlı mövqeyində dayanır: Birləşmiş Ştatlar Kanadanın müdafiə qabiliyyətinə subsidiya verdi.
"O, hələ də inanır ki, Kanada Birləşmiş Ştatların 51-ci ştatı olarsa, kanadalılar bundan böyük fayda görəcəklər", - deyə Ağ Evin sözçüsü bildirib.
Tramp dəfələrlə deyib ki, Kanada ABŞ-ın bir hissəsi olmalıdır. Xüsusilə, o, Kanadanın ABŞ-ın 51-ci ştatı kimi "daha yaxşı vəziyyətdə" olacağını qeyd edib. Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək.
Zaur,BakuPost