Ru
18:51 / 14 Fevral 2025

Tramp Putinlə danışdıqdan sonra Zelenskiyə nə deyib?

Tramp Putinlə danışdıqdan sonra Zelenskiyə nə deyib?
Eye

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə Rusiya prezidenti Vladimir Putinin razılaşma bağlamaqda maraqlı olduğunu deyib.

Bakupost.az xəbər verir ki, bu barədə Axios yazır.

"Və o, Zelenskinin hələ də bunu bağlamaqda qərarlı olub-olmadığını soruşub. Zelenski cavab verib ki, hələ də müqavilə bağlamaq istəyir...", - nəşr yazır.

Tramp həmçinin qeyd edib ki, o, Zelenskinin narahatlığını başa düşür, lakin uğur qazanmaq üçün diplomatik səylər zəruridir. Bundan əlavə, Ağ Ev rəhbəri Zelenskiyə diplomatik prosesin başlanması üçün Münhendə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə gözlənilən görüşün əhəmiyyəti barədə məlumat verib.

"Axios" bildirib ki, Tramp Zelenskiyə şəxsi telefon nömrəsini verməklə söhbəti bitirib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar