Danimarka hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasına təhlükəsizliyin gücləndirilməsi və ya Qrenlandiya adasında ABŞ hərbi varlığının artırılmasını müzakirə etməyə hazır olduqları barədə şəxsi mesajlar göndərib. Səbəb Danimarkanın ABŞ-ın yeni administrasiyası ilə açıq qarşıdurmadan qaçmaq istəyidir.
Bakupost.az xəbər verir ki, bu barədə "Axios" iki məlumatlı mənbəyə istinadən bildirib.
Mənbələr deyib ki, Danimarka hökuməti öz mesajında Trampın komandasından seçilmiş prezidentin ada ilə bağlı şərhlərində dəqiq nə demək istədiyini izah etməyi xahiş edib:
"Həmçinin, Danimarka hökuməti Qrenlandiyanın satılmadığını, lakin ABŞ-ın ada ilə bağlı hər hansı digər tələbini müzakirə etməyə hazır olduğunu açıq şəkildə bildirib".
Nəşr qeyd edib ki, ABŞ-ın artıq Qrenlandiyada hərbi bazası var və 1951-ci ildə Danimarka ilə adanın mühafizəsi ilə bağlı müqaviləyə əsasən, hökumət “Amerika qüvvələrinin artırılmasını müzakirə etmək istəyir”.
"Axios" qeyd edir ki, mənbələr "təhlükəsizlik problemləri ABŞ Qrenlandiyanı tələb etmədən həll edilə bilər".
Zaur, BakuPost