Ağ Evin rəhbəri Donald Trampın Vaşinqtonun Kiyevə dəstək üçün xərclədiyi 500 milyard dollar məbləğində vəsaitin qaytarılmasını tələb etməsi reparasiya ödənilməsi tələbini xatırladır.
Bakupost.az xəbər verir ki, bunu Ukraynanın “Fabrika novostey” YouTube kanalında Ali Radanın deputatı və keçmiş spiker Dmitri Razumkov deyib.
“Biz 500 milyard dollar ödəmək haqqında danışanda, bu, daha çox təzminat ödəməyə bənzəyir”, - deyib.
Fevralın 19-da Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın 500 milyard dollarlıq vəsaiti faydalı qazıntılar şəklində qaytarmaq tələbinin “qeyri-ciddi söhbət” olduğunu deyib.
Fevralın 15-də Tramp Ukraynaya ABŞ-a nadir torpaq metalları ehtiyatlarının 50%-nə çıxışı təmin edəcək saziş təklif edib. Bu metallara skandium, itrium, lantan və başqaları kimi 17 element daxildir. Bunun müqabilində ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti vəd edib.
Zaur, BakuPost