Vaşinqtonun tariflər tətbiq etməsi ilə əlaqədar olaraq avro ABŞ dolları qarşısında 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb və bazar ertəsi 1,39% dəyər itirib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS Frankfurt Fond Birjasının ticarət istinadən bildirib.
Qeyd olunur ki, ticarət 1 avro 1,0231 dollar ekvivalentində ticarət aparılır. Bazar məzənnəsi sonuncu dəfə 2022-ci ilin 21 noyabrında bu səviyyədə olub.
Avropa valyutası bir neçə aydır ki, dollar qarşısında ucuzlaşır. Aktiv qiymət itkisi prosesi ABŞ Prezidenti Donald Trampın noyabrın 5-də keçirilən seçkilərdə qələbə qazanmasından sonrakı ilk günlərdən başlayıb.
Agentlik Avropa mətbuatını təhlil edərək qeyd edir ki, avronun ucuzlaşmasının səbəbi Trampın Kanada, Meksika və Çinə qarşı tariflər tətbiq etməsinə bazarın reaksiyasıdır.
Lalə, BakuPost