Ru
12:23 / 11 Dekabr 2024

Trampın Zelenskiyə ultimatumu - Detallar bəlli oldu

Trampın Zelenskiyə ultimatumu - Detallar bəlli oldu
Eye

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Ukrayna lideri Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Ukraynada dərhal atəşkəsin elan edilməsini istədiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“35 dəqiqə ərzində məsləhətçilərsiz söhbət edən üç lider münaqişənin sülh yolu ilə həlli üçün konkret detalları müzakirə etməyib. Bununla belə, Tramp bir daha vurğulayıb ki, müharibəyə tez bir zamanda son qoymaq üçün dərhal atəşkəs və danışıqlar aparılmasını istəyir”- deyə nəşr bildirib.

Reuters yazır ki, nə Tramp, nə də onun Ukrayna məsələləri ilə məşğul olan məsləhətçiləri münaqişənin həllini tam olaraq necə təsəvvür etdikləri barədə açıq danışmırlar.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar