Birləşmiş Ştatlar Ər-Riyaddakı danışıqlar zamanı öz qoşunlarını Ukraynaya göndərməməyə razılaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti Ağ Evə yaxın mənbəyə istinadən bildirib.
“Səudiyyə Ərəbistanındakı görüşdə Birləşmiş Ştatlar Ukraynaya sülhməramlı qüvvələr göndərməməyə razılaşıb”, - nəşrin mənbəsi deyib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Rusiyaya “təcrid”dən çıxmağa kömək etdiyini bildirib. O, Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqları belə dəyərləndirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.
Zaur, BakuPost