Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın söhbəti Moskva ilə Vaşinqton arasında münasibətlərin gələcək inkişafını müəyyən edəcək.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini Vladimir Cabarov Lenta.ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün dünya iki lider arasında baş tutacaq söhbəti gözləyir. Onun gedişi və nəticəsi ölkələrin münasibətlərdə normallaşmağa doğru irəliləyəcəyini, yoxsa vəziyyətin daha da pisləşəcəyini müəyyən edəcək.
Bu gün, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olacaq. Kremldən bildiriblər ki, liderlər iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələlərini həll edəcəklər. Tramp isə deyib ki, o, Putinlə ərazilərin demarkasiyası və atom elektrik stansiyalarına nəzarətlə bağlı vəziyyəti müzakirə edəcək.
Zaur,BakuPost