2022-ci ildən fəaliyyət göstərən Tristar Triatlon Klubu üzvləri və qonaqların iştirakı ilə özünün 2-ci ildönümünü qeyd edib.
Bakupost.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də qazanılan naliyyətləri qeyd etmək və gələcək hədəfləri müəyyənləşdirməık olub.
Qeyd ounub ki, qısa müddət ərzində klub, yerli və beynəlxalq yarışlarda böyük uğurlar əldə edərək Azərbaycanın triatlon sahəsində öncüllərindən birinə çevrilib.
Hədəflər
Tristar Triatlon Klubunun əsas hədəfi Azərbaycanda triatlon idman növünün geniş tanıdılması və bu idman növü ilə məşğul olan insanların sayının artırılmasıdır. Klub həm gəncləri, həm də böyükləri bu idman növü ilə məşğul olmağa təşviq edərək sağlam həyat tərzinin təbliğinə töhfə verməyi hədəfləyir.
Triatlon, insanların öz həyatlarını daha nizamlı və intizamlı şəkildə idarə etmələrinə də kömək edir. Klubun idmançıları yalnız Azərbaycanda deyil, habelə Hollandiya, ABŞ, İngiltərə, Oman və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Klub üzvləri triathlon, duathlon, aquathlon və marafon yarışlarında böyük uğurlar qazanıblar.
Gələcək planlar
Klubun əsas hədəfi Azərbaycanda triatlon idman növünü daha çox tanıtmaq və bununla məşğul olanların sayını artırmaqdır. Triatlonu daha geniş kütlələrə tanıtmaq üçün maarifləndirici layihələr və açıq məşq proqramlarının təşkil olunması, gənc və həvəskar idmançılar üçün təlimlər keçirərək yeni istedadların üzə çıxarılması, klubun beynəlxalq yarışlarda iştirakını artırmaq və Azərbaycanın triatlon üzrə beynəlxalq səviyyədə daha güclü təmsil edilməsini təmin etmək qarşıya məqsəd qoyulub.