Ru
19:52 / 06 Oktyabr 2024

"Turan Tovuz" "Zirə"yə qalib gəlib

510
Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.

Bakupost.az xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.

Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına 3 xal qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.

15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar