Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə Türkiyədən məşhur alqoloq Prof. Dr. Ercan Gürses və Azərbaycanın tanınmış ürək-damar cərrahı, fleboloq Dr. Tengiz Cəlilovun rəhbərliyi ilə bir qrup həkim heyəti avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan Neftçala sakini 2009-cu il təvəllüdlü Aqil Nəcəfovun müayinə və müalicəsinə cəlb olunublar.
Bakupost.az xəbər verir ki, millət vəkili həkim heyəti ilə birgə yeniyetmənin hazırkı vəziyyəti ilə tanış olub.
T.Rüstəmxanlı hazırda Aqil Nəcəfovun səhhətində yaxşılığa doğru ciddi irəlləyiş olduğunu, yeniyetmənin müalicəsini daim nəzarət altında saxlayacağını bildirib.
Aqil Nəcəfovun valideyinləri və yaxınları göstərdiyi diqqət və qayğıya görə T.Rüstəmxanlıya təşəkkür ediblər.
Qeyd edək ki, Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli Aqil Nəcəfov 1 ay komada qalıb. Hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam etdirilir.