Ru
18:57 / 13 Dekabr 2024

Türkiyə Google-u cərimələdi

 Türkiyə Google-u cərimələdi
Eye

Türkiyə Google-u 2,6 milyard lirə cərimələyib.

Bakupost.az -ın xəbərinə görə, Rəqabət Qurumu şirkəti reklam xidmətləri bazarında üstün mövqeyindən istifadə edərək rəqabət qanunlarını pozmaqda günahlandırıb və belə bir qərar qəbul edib.

Amma bəzi iddialar, məsələn, şirkətin öz xidmətlərinə üstünlük verdiyi istiqamətində ittihamlar təsdiq edilməyib və bu səbəbdən həmin hallara görə əlavə cərimə tətbiq olunmayıb.

Cərimə Türkiyənin rəqabət mühitinin qorunması haqqında Qanununun 6-cı maddəsinin pozulması səbəbiylə kəsilib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar