Türkiyə xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən, illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Türkiyə dünən olduğu kimi, bu gün də hər zaman əziz Azərbaycanın yanındadır", - nazir qeyd edib.