İlk türkiyəli astronavt Alper Gezeravcının kosmik səyahəti uğurla baş tutub.
O, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) digər əməkdaşları ilə birgə “SpaceX” şirkətinə məxsus kosmik gəmi ilə havaya qalxıb.
Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya yola düşüb.
Türkiyənin insanın iştirakı ilə həyata keçirilən ilk kosmik missiyası çərçivəsində o, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
Qeyd edək ki, indiyədək buraxılış bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb.
***
Bu gecə ilk türkiyəli kosmonavt Alper Gezeravcı kosmik səyahətə çıxacaq.
Onu digər NASA astronavtları ilə birgə daşıyan kosmik gəmi “SpaceX” şirkəti tərəfindən buraxılacaq.
Qeyd edək ki, indiyədək buraxılış bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb.
Allah amanında. Uğurlar!
Gün o ğün olsun kosmik gəmi Türkiyədən start götürsün.
Uğurlu və davamlı olsun, böyük Türkiyə.