Ru
11:33 / 19 Sentyabr 2024

Türkiyə ordusu daha bir terrorçunu zərərsizləşdirdi - FOTO

723
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK/KCK-nın Qara hərbi kəşfiyyatçı adlandırdığı "Hogir Pirosi" kod adlı Halil Yiğiti İraqın Qara bölgəsində keçirdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirib.

Bakupost.az xəbər verir ki, terror cinayətləri ilə bağlı axtarış və həbs qərarı çıxarılan terrorçu Yiğit hədəf siyahısına salınıb. O, addım-addım təqib edilib və zərərsizləşdirilib.

Qeyd edək ki, 2007-ci ildə Şırnak çölündə təşkilatçılıq fəaliyyətinə başlayan Yiğit Şırnakın Silopi rayonunda silah və əldəqayırma partlayıcılarla terror aksiyalarına qatılıb.

Xəndək-barrikada insidentlərində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən Yiğit 2018-ci ildə Suriyada terror təşkilatı YPG-nin tərkibində fəaliyyət göstərib. Yiğit son olaraq İraqın Qara bölgəsində təşkilati fəaliyyətlər həyata keçirib.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar