“Suriyada Əsəd rejiminin devrilməsində Türkiyə lokomitiv rolunda çıxış etdi. Hazırda Dəməşqdə vəziyyətə nəzarət edən “Heyyət Təhrir əş-Şam” təşkilatı rəsmi Ankara ilə münasibətlərə malikdir. Əsədin ölkəni tərk etməsindən sonra Türkiyə Təhlükəsizlik Xidmətinin rəhbəri İbrahim Kalının "Təhrir"çilərin lideri Məhəmməd əl Culani tərəfindən Dəməşqdə yüksək səviyyədə qəbul edilməsi və aparılan danışıqlar bunu göstərir".
Onun dediyinə görə,Türkiyəni təhdid edən terrorçu qruplaşmaların, o cümlədən PKK-nın mövcudluğu rəsmi Ankaranı Suriyada yeni dövlət quruculuğunda fəal iştiraka sövq edir:
"Türkiyənin bu proseslərdə iştirakı regionu təhdid edə biləcək xilafət dövlətinin yaradılmasına yol verməməkdir. Rəsmi Ankara bütün bu proseslərə özünün milli təhlükəsizlik maraqları kontekstindən yanaşmaq hüququna malikdir. Ancaq Ankara regionda yaşanacaq hadisələrə Suriyanın yeni hökumətinin verdiyi vədlər deyil, konkret olaraq qəbul etdiyi qərarlar, atdığı addımlar əsasında yanaşmalıdır".
Sevinc,
BakuPost