Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:06 / 19 Oktyabr 2024

Türkiyə Suriya və Livandan olan miqrantları qəbul edəcək?

530
Türkiyə Suriya və Livandan müharibə səbəbi ilə qaçan miqrantları ölkəyə buraxa bilər.

Bakupost.az xəbər verir ki,bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı bildirib.

“Suriyadan ölkəmizə gələn qaçqınların üzünə qapımız hər zaman açıq olub. Hazırda açıqdır. Xüsusilə belə bir müharibə dövründə oradan Türkiyəyə gələ biləcək insanlar varsa, Livan da onların arasındadır. Livandan ölkəmizə gələnlər olsa, qapımızı onlara da açıq saxlayırıq. Hazırda Livanda çox sayda türkmən var və biz bu türkmən soydaşlarımızı da qəbul edərik. Onlara dedim ki, biz qapılarımızı açıq saxlayırıq. Qapımız onların üzünə açıqdır”, - deyə Ərdoğan vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar