Ru
17:45 / 01 İyul 2024

Türkiyə Ermənistanla görüşdən imtina edib? - Yenilənib

2222
***
15:12

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri”nə diplomatik mənbələrdən bildiriblər.

Görüş Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, "Marqara" nəzarət-buraxılış məntəqəsi ərazisində planlaşdırılıb.

Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “uzun müddətdir ki, rəsmi görüş olmayıb, amma bizim görüşümüz var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün baş tutacağına dair razılığa gəldik, ancaq vaxt və yerlə bağlı hələlik razılaşma yoxdur” demişdi. Rubinyan bildirmişdi ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin danışıqlar üzrə xüsusi elçisi 7 il ABŞ-da səfir və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifələrində çalışmış Serdar Kılıçdır.

Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Zaur
BakuPost


***
17:45

Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” – NEWS.am-a məlumatlı diplomatik mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşünün planlaşdırıldığı bildirilmişdi.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - “Ermənistan xəbərləri” – NEWS.am-ın mənbəsi bildirib.

Görüşün ləğv edilib-edilmədiyi hələlik məlum deyil.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər