Ru
16:48 / 04 Yanvar 2025

Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
1591


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, Ukrayna XİN rəhbəri bu barədə “X” platformasında paylaşım edib.

Telefon danışığı zamanı ikitərəfli gündəlik, döyüş meydanındakı hazırkı durum, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, - o paylaşımında qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar