Ru
12:08 / 14 Aprel 2025

Türkiyə vətəndaşı Ermənistanla sərhəddə itkin düşdü – FOTO

Türkiyə vətəndaşı Ermənistanla sərhəddə itkin düşdü – FOTO
Eye

Türkiyə-Ermənistan sərhədinin İğdır bölgəsində 28 yaşlı İsmayıl Adır itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə “YeniBirlik” nəşri məlumat yayıb.


“Ermənistanla sərhəddə yerləşən Bayraqtutan kəndi yaxınlığında dostları ilə birlikdə balıq tutmağa gedən 28 yaşlı İsmayıl Adır ayağının sürüşməsi nəticəsində Araz çayına düşüb. Güclü axınla sürüklənərək gözdən itən gəncin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı jandarma və AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) əməkdaşları cəlb olunub. Hadisənin ciddiliyi nəzərə alınaraq sualtı axtarış-xilasetmə qrupları və peşəkar dalğıclar da əməliyyata qoşulublar”, – nəşr qeyd edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar