Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəni ölkəsindən "9-10 dəfə böyük düşmən" kimi dəyərləndirib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, cümə axşamı "Ukraynadan çıxarılan dərslər işığında" keçirdiyi mətbuat konfransında ölkəsinin müdafiə sistemində köklü islahat etməyi planlaşdırdığını bildirib.
Dendias parlamentin müdafiə komitəsinə orduya dörd fərqli PUA (pilotsuz uçuş aparatı) sistemini işə salacağını və kibermüdafiə potensialını artıracağını söyləyib.
O, "Yunanıstan özündən 9-10 dəfə böyük bir düşmənin potensial təhdidi altındadır" ifadəsini işlədərək, Türkiyənin iki peyki olduğunu, Yunanıstanın isə öz peyki olmadığını da əlavə edib.
AFP xəbər agentliyi isə Dendiasın açıqlamaları ilə bağlı olaraq, "Yunanıstan, illik ümumi daxili məhsulunun təxminən 3 faizini müdafiəyə sərf edir, bu nisbət, əksər Aİ ölkələrindən daha yüksəkdir və bunun əsas səbəbi uzun müddətdir davam edən Türkiyə ilə gərginlikdir" şərhini verib.
Lalə Novruz, BakuPost