Ru
13:58 / 04 Noyabr 2024

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum oldu

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum oldu
Eye

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

Bakupost xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.

Silahlı hücumda daha iki nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar