Ru
12:26 / 25 Yanvar 2025

Türkiyədə bu aktyorlar dindirilmək üçün məhkəməyə çağırıldı

 Türkiyədə bu aktyorlar dindirilmək üçün məhkəməyə çağırıldı
Eye

Türkiyədə "İD Consultancy” şirkətinin sahibi Ayşe Barım haqqında başladılan istintaq çərçivəsində daha bir neçə aktyor dindiriləcək. Belə ki, aktyorlar Mehmet Günsür ilə Rıza Kocaoğlu ifadə vermək üçün çağırılıblar. Şirkətlə müqaviləsi olan bütün aktyorlar ifadə verəcəklər.

Bakupost.az xəbər verir ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım isə dünən saxlanılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar