Ru
16:45 / 07 Oktyabr 2024

Türkiyədə bulvara Qənirə Paşayevanın adı veriləcək - FOTO

960

Azərbaycanın Millət vəkili və Milli Məclisinin sabiq Mədəniyyət Komitəsinin Rəhbəri, Türk dünyasının öndə gələn şəxsiyyətlərindən biri olan Qənirə Paşayeva vəfatının 1- ci ildönümündə, ailəsinin də iştirakı ilə Türkiyənin fərqli şəhərlərində keçirilən tədbirlərlə yad edildi.


Bakupost.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfi, Talas Bələdiyyəsi, Kırşəhər Bələdiyyəsi, Azaflı Sosial Yardım və Dayanışma Dərnəyi, Azərbaycan Şuşa Evi kimi qurumların təşkilatçılığı ilə Ankara və Kayseridə Qənirə Paşayevanın silsilə anım günü tədbirləri keçirildi.


Bu tədbirlər çərçivəsində Qənirə Paşayevanın, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə Təmsilçisi İmdat Avşar tərəfindən tərcümə olunan və Türk Ədəbiyyatı Vəqfi tərəfindən 5 cilddə yayımlanan kitablarının təqdimatı oldu.


Onun “Gül Ömürler Solmasın”, “Kuma Yazılan Acılar”, “Turan Yolcusu”, “Sahipsiz Sanılan Nağmelerimiz” və “Yitirdiğim Mutluluk” adlı kitabları bacısl Kəmalə Paşayeva və Türk Ədəbiyyatı Vəqfinin Başqanı Serhat Kabaklı tərəfindən oxuculara təqdim edildi.


Kırşəhər Bələdiyyə sədri Selahattin Ekicioğlu Kırşəhər’in Fəxri vətəndaşı ” olan Qənirə Paşayevanın adının şəhər mərkəzindəki bir parka verildiyini və yaxın günlərdə bu parkın açılışının olacağını açıqladı. Türk Ədəbiyyatı Vəqfi Başqanı Serhat Kabaklı Türk dünyasının önəmli şəhərlərindən biri olan Elazığda, Xankəndi qəsəbəsi və Elazığ şəhərini bir-birinə bağlayan geniş bulvara “Qənirə Paşayeva” adının veriləcəyini bildirdi.


Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi Başqanı, vəkil Arzuman Azaflı, yeni yaratdıqları kitabxanaya da Qənirə Paşayevanın adını verdiklərini söylədi. Türk Ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşar Qənirə Paşayevanın yeni dərc olunmuş kitablarından əldə ediləcək gəlirin Türk dünyası tələbələrinə təqaüd olaraq veriləcəyini açıqladı.


Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu Başqanı Kəmalə Paşayeva isə Türkiyədəki və Türk dünyasındakı Qənirə Paşayeva sevgisinin ailə üçün təsəlli qaynağı olduğunu bildirdi.





Aysel Səfərli
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar