Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu yol kənarına aşıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, 32-i yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.