Ru
11:42 / 27 Mart 2025

Türkiyədə hotel yanıb, ölənlər var - YENİLƏNİB - VİDEO

Türkiyədə hotel yanıb, ölənlər var - YENİLƏNİB - VİDEO
Eye

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.

Bakupost.az xəbər verir ki, yanğın zamanı 2 nəfərin öldüyü bildirilir.

Qeyd olunub ki, hadisə zamanı binada 12 nəfər olub, onlardan üçü huşsuz halda çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri məlum deyil.

10:23

Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, faciə nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xilas edib.
Qeyd olunub ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb.
Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar