Ru
10:23 / 27 Mart 2025

Türkiyədə hoteldə güclü yanğın - Ölən var + Video

Türkiyədə hoteldə güclü yanğın - Ölən var + Video
Eye

Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, faciə nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xilas edib.

Qeyd olunub ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb.

Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar