Ru
15:27 / 02 İyul 2024

Türkiyədə iğtişaşlar: 474 nəfər saxlanıldı

1683
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kayseridəki iğtişaşlarla bağlı 474 nəfərin saxlanıldığını bildirib.

Bakupost.az "Sabah" istinadla xəbər verir ki, onlardan 285-nin müxtəlif cinayətlərlə əlaqədar qeydiyyatda olduğu bildirilir.

Nazir iğtişaşlarla bağlı sosial media hesabından etdiyi paylaşımda bildirib:

"Kayseridə baş verən çirkin hadisədən sonra ötən gecə ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli hərəkətlər həyata keçirilib. Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlər nəticəsində 474 nəfər saxlanılıb.

Onlardan 285 nəfərinin müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, xəsarət, narkotik vasitələr, talama, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, saxta pul əldə etmə, hədə-qorxu, təhqir, azadlıqdan məhrum etmə və s.) qeydiyyatda olduğu müəyyən edilib.

Dəyərli vətəndaşlar, gəlin təxribatlara əl atmayaq. Təmkinlə hərəkət edək. Qanunsuz yollarla insanlara, ətraf mühitə, əmlaka zərər vurmaqla cinayət törətməyək. Dövlətimiz güclüdür. Dövlətimizə və millətimizə qarşı bu sui-qəsdləri quranlar layiq olduqları cəzanı alacaqlar".

Qeyd edək ki, Kayseridə bir suriyalı öz qohumu olan uşağa cinsi təcavüz etdiyi üçün saxlanılıb. Yerli əhali küçələrə çıxaraq, onun bu hərəkətinə etiraz edib. Etirazçılar həmçinin suriyalıların ölkədən çıxarılmasını tələb ediblər.

Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər