Ru
13:11 / 23 Yanvar 2025

Türkiyədə motosikletin “Fiat”la toqquşduğu qəzada azərbaycanlı öldü - FOTO

Türkiyədə motosikletin “Fiat”la toqquşduğu qəzada azərbaycanlı öldü - FOTO
Eye

Türkiyədə azərbaycanlı qəzada ölüb.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Esenler adlanan ərazisində baş verib. 35 yaşlı Sərvan Ağayevin idarə etdiyi BMW markalı motosiklet 25 yaşlı Ahmet Nurullahın idarə etdiyi “Fiat” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra motosiklet betona çırpılaraq bir neçə metr sürüklənib.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Sərvan Ağayevin öldüyünü müəyyən ediblər.

Mərhumun meyiti müayinə üçün ekspertiza şöbəsinə təhvil verilib. Araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar