Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:10 / 23 Oktyabr 2024

Ankarada terror: 3 ölü, 14 yaralı, 9 nəfər girov götürülüb - FOTO/VİDEO+YENİLƏNİR

609
17.24

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

Bakupost.az İHA agentliyinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

***
18.32

Bakupost.az -ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə zamanı ən azı 3 nəfərin həlak olduğu bildirilir.

Qeyd olunur ki, hücum zamanı 3 partlayış qeydə alınıb.

Terrorçular tərəfindən 9 nəfərin girov götürüldüyü bildirilir.

Türkiyə təhlükəsizlik qüvvələri terroçularla açıq döyüşə girib. TUSAŞ-da yüzlərlə əməkdaş təxliyə olunub. Amma mərkəzdə qalanlar da var.

Məlumata görə, 5 hərbi vertolyot səmaya qaldırılıb.

***
19.10

Bakupost.az -ın Türkiyə KİV-ə istinadən məlumatına görə, terror aktı zamanı 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Türkiyə xüsusi təyinatlıları helikopterdən hadisə yerinə enib. Biri qadın olan 3 terroçudan 3-si məhb edilib. Sağ qalan terrorçunun bir qrup insanı girov saxladığı bildirilir.










Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar