Türkiyədə qanunsuz mərc oyunlarına qarşı mübarizə çərçivəsində əməliyyat keçirilib.
Bakupost.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, əməliyyat zamanı 16 nəfər saxlanılıb. Saxlanılanlar arasında məşhur şoumen Mehmet Ali Erbil, müğənni Serdar Ortaç da var.
İstanbul prokurorluğu Ortaç və Mehmet Əli Ərbilə qarşı qanunsuz mərc oynları təşviq etmək ittihamı ilə istintaqa başlayıb.
Elgün, BakuPost