Bolu Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğında 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
Bakupost.az Milli.az-a istinadən bildirir ki, Yanğında həyatını itirənlər arasında jurnalist Nedim Türkmen, onun həyat yoldaşı və 2 övladının da olduğu öyrənilib.
Nedim Türkmen, 2009-cu ildə Orduspor Klubunun prezidenti seçilmiş və vəzifəyə gəldikdən iki il sonra Ordusporun Super Liqaya yüksəlmə həsrətinə son qoymuşdu.