Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrana rəsmi səfərə yollanacaq.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Lavrov səfəri çərçivəsində iranlı həmkarı Abbas Araqçı ilə danışıqlar aparacaq.
Tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Yəməndəki vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Rusiyanın XİN rəhbəri fevralın 24-də Türkiyədə səfərdə olub, həmkarı Hakan Fidan, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.