Məşhur türkiyəli müğənni Edip Akbayram xəstəxanaya yerləşdirilib.
Bakupost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, daxili qanaxma keçirən 74 yaşlı sənətçi reanimasiyaya yerləşdirilərək intubasiya edilib.
Akbayramın qızının sözlərinə görə, atası bir müddət öncə xəstəxanada pnevmoniyadan müalicə olunub, təzəlikcə evə buraxılıb, lakin müxtəlif fəsadlar səbəbindən daxili qanaxma keçirib.