“Türkmənistan Hava Yolları” şirkəti paytaxt Aşqabaddan Moskvaya uçuşları bir ay müddətinə dayandırır.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı şirkət özü yayıb.
Bildirilib ki, dekabrın 30-dan yanvarın 31-nə qədər Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə mütəmadi reyslər dayandırılır.
Məlumata görə, sərnişinlər artıq aldıqları biletin ödənişini tam miqdarda geri alacaqlar.