Ru
20:32 / 10 İyul 2024

Turqay Zeytingözə Azərbaycanda vəzifə verildi

3090
Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-dən Bakupost.az -a verilən məlumata görə, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasən, onunla iki illik müqavilə imzalanıb.

Turqay Zeytingöz aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.

T.Zeytingöz sonuncu dəfə Türkiyənin kişilərdən ibarət "Qalatasaray" basketbol komandasında idman direktoru vəzifəsini icra edib.

O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar