Ru
15:28 / 26 Dekabr 2024

Tütünü niyə xaricdən alırıq? - Açıqlama

Tütünü niyə xaricdən alırıq? - Açıqlama
1061


“Azərbaycan tütünü əsasən, MDB ölkələrinə ixrac edir. Yerli istehsal daxili bazarın tələbatını ödəmək üçün yetərli deyil. Ölkə daxilində yerli tütün çox az hallarda istehsala yönləndirilir. Yəni, Azərbaycanda fəaliyyət göstərən siqaret istehsalçıları əslində xarici siqaret istehsal edən edən firmaların bir filialı kimi fəaliyyət göstərir. Həmin filiallara isə siqaret xammalını beynəlxalq şirkət hansı ölkədən istəsə, idxal edir. Çünki onlar istehsal etdikləri siqaretin keyfiyyətinə birbaşa cavabdehlik daşıyır. Ona görə də ölkə daxilindəki istehsalçılar xüsusi xammalla təmin olunur”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.


O bidirib ki, tütünçülük sahəsində əsas problem intisarın olmasıdır:

"İnhisarçılar tütünün mövcud dəyərindən aşağı qiymətə alırlar. Bu barədə fermerlər tez-tez şikayət edirlər. İnhisar çox olduğu sahədə inkişafdan söhbət gedə bilməz".

Ekspert bildirib ki, ildən-ilə tütün ixracının artmasına səbəb ölkə daxilində əkilən tütünün istehsala yönəldilməməsidir: “Ona görə də ölkədə əsasən, xaricdən alınan xammal hesabına siqaret istehsal olunur, əkilən tütün isə xaricə satılır”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar