Ru
22:59 / 28 Fevral 2024

Üç dəfə infakt olan, klinik ölüm keçirən kişi sağ qaldı

Üç dəfə infakt olan, klinik ölüm keçirən kişi sağ qaldı
Eye

Britaniyada Ben Vilson adlı bir nəfər 50 dəqiqə davam edən klinik ölümdən sonra həyata qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

Məlumatda bildirilib ki, 31 yaşlı britaniyalı infarkt keçirib. O, təcili xəstəxanaya aparılıb və əməliyyat olunub. İki gündən sonra həkimlər koma vəziyyətində olan Benin nişanlısını hər şeyə hazır olmaq barədə xəbərdarlıq ediblər.

Komada olduğu yeddinci gündə Ben ard-arda daha iki infarkt keçirir və həkimlər onun həyatda qalmasının mümkünsüz olduğunu deyiblər.

Amma buna baxmayaraq, nişanlısı Benlə bağlı hər dəfə ümidsiz xəbər aldıqda onu öpürərək çox sevdiyini deyib. Onun fikrincə, Benin sağ qalmasına məhz onun sevgisi kömək edib.

Çünki 5 həftədən sonra özünə gəlib həkimləri şoka salan Benin ayılanda ilk sözü nişanlısının adı olub.

Nilay, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar