Ru
21:39 / 23 Dekabr 2024

Üç dəfə insult keçirən vəkilin SON DURUMU

Üç dəfə insult keçirən vəkilin SON DURUMU
908

Bir müddət bundan öncə insult keçirən tanınmış vəkil Əsabəli Mustafayevin səhhəti normallaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü danışıb.

Vəkil deyib ki, artıq nitqi bərpa olunub:

"Əvvəl zəng edəndə telefonumu həyat yoldaşım götürüb, səhhətimlə bağlı məlumat verərdi. Şükürlər olsun Allaha, indi özüm götürürəm. Niqtim düzəlir, müalacə davam edir".

Əsabəli Mustafayev hələ işə çıxmadığını vurğulayıb:

"Evdəyəm, dostlar zəng edir, hal-əhval tutur. Amma görüşə bilmirik".

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar