Ru
16:44 / 26 Noyabr 2024

Üç metrlik piton gizlicə mənzilə girdi

Üç metrlik piton gizlicə mənzilə girdi
Eye


Malayziyada yaşayış binasında üç metrlik piton damdan keçərək bir ailənin divanına düşüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər dərhal xilasediciləri çağırıblar. Yeddi nəfərlik xilasedici qrupu sürünəni tutmaq üçün əməliyyata başlayıb. Piton qaçmağa çalışsa da, onu qəfəsə salmaq mümkün olub.

Ehtimallara görə, piton yaxınlıqdakı xurma plantasiyasından gəlib. Evin sahibi əvvəllər də tavandan qəribə səslər eşitdiklərini, lakin kiçik gəmiricilərdən gəldiyini düşünüb əhəmiyyət vermədiklərini bildirib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar