Ru
15:54 / 24 Sentyabr 2024

Üç mindən çox müəllimin maaşı artacaq

592
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bakupost.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.


Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

Qeyd edilib ki, təkrar sertifikatlaşdırmadan keçmiş 3252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunacaq.

Həmçinin, bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan etibarən qəbul olunacaq.

Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar