Ru
10:47 / 03 Mart 2025

Üç qadın dəm qazından öldü

Üç qadın dəm qazından öldü
Eye

Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib.

Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.

Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar