Ru
14:45 / 13 Mart 2024

"Üç villaları var, amma "qaçqınam" deyirlər, yolumuzu kəsib ev tikirlər" - VİDEO

"Üç villaları var, amma "qaçqınam" deyirlər, yolumuzu kəsib ev tikirlər" - VİDEO
14339

Bakı şəhəri, Xətai rayon sakini Tahir Qocayev Keşlə qəsəbəsi, Əlişir Nəvai küçəsi, 3/7 ünvanında məskunlaşan məcburi köçkünlərin ona məxsus müəssisənin yolunu kəsdiklərini iddia edir.

O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2007-ci ilin yanvarında gecə ikən onun iş yerinin yaxınlığına vaqon yerləşdiriblər:


"Səhər işə gələndə vaqonu gördük, soruşduq, kim qoyub, nə məsələdir?. Dedilər ki, biz qaçqınıq, qalmağa yerimiz yoxdur. Dedik, qoy gəlib yaşasınlar. Amma az sonra onlar orada əvvəl bir ev tikdilər, bir az sonra ikincisini tikməyə başladılar".

Şikayətçi deyir ki, qaçqın adı ilə əraziyə yerləşən və özlərini məcburi köçkün kimi təqdim edən Verdiyev Allahverdi Ərşad oğlu, Verdiyeva Reyhan Ərşad qızı, Verdiyev Ərşad Sərxan oğlu və Mehrəliyeva Kamalə Mehralı qızı bu yolla ərazini ələ keçirib qanunsuz evlər tikiblər:

"İkinci evi yolun icində tikdilər. Orda yaşayan adamlar onların əlindən bezib yerini satib qaçdılar. indi orda 3-4 nəfər qalıb. Yol məsələsinə görə Nizami rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən Mehbalı Əliyev məhkəmədə iddia qaldırdı. Məhkəmə qərar verdi ki, yolda ev tikilməsi qanunsuzdur, sökülməldir".




T.Qocayev bildirib ki, Nizami Rayon Məhkəməsinin sözügedən şəxslərin həmin ərazidə qanunsuz məskunlaşmalarını əks etdirən 9 iyun 2009-cu il tarixli qətnaməsi olmasına baxmayaraq, həmin evlər hələ də sökülməyib:

"Özü də onların hec evə ehtiyacı da yoxdur. Horadizdə evləri var. Vəkilim bununla bağlı araşdırma aparıb və bu, sənədlər əsasında sübut olunub. Bunların Füzuli rayonundakı evləri hökumət tərəfindən bərpa olunub və orada qeydiyyatdadırlar. Ondan başqa Hökməli qəsəbəsində 3 villaları, hamısının da rəsmi sənədi var. Həmin şəxslərin qaçqın olduqları barədə sənədlər də saxtadır. Bu barədə mən Respublika Prokurorluğuna, Nizami rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Onlar bildiriblər ki, 1992-ci ildə qaçqın düşüb Sabirabad rayonunun Qalaqayın kəndində çadırda yaşayıblar. Sonra Bakıya, Yasamal rayonuna gəliblər. Daha sonra Niazmi rayonu, Babək prospekti, 61 ünvanında yaşayıblar. Ancaq belə bir ünvan yoxdur. Onların bunu təsdiq edən sənədi də yoxdur. Guya Sabirabdda 428 nömrəli çadırda yaşayıblar. Hamısı yalandır, bu sənədlər saxtadır. Onların qaçqınlığı yoxdur. Hətta Bakı Xətai rayonunda öz adlarına evləri var. Evləri olduğu halda saxta sənədlərlə orada qanunsuz tikinti aparıblar. Bütün bunların təqsiri Keşlə icra nümayəndəsindədir. Hamısını onlar edib".

Sonda iddiaçı bildirib ki, qanunsuz evlərin sökülməsi ilə bağlı daha yuxarı instansiyalara müraciət edəcək.

Onu da qeyd edək ki, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin Nizami RİH-nin başçısının birinci müavinin sorğusuna göndərdiyi cavabda məcburi köçkünlərin 2007-ci ilin yanvar ayından etibarən həmin əraziyə köçdükləri və oraya vaqon qoyaraq qeyri-qanuni tikinti işləri apardıqları bildirilir.

Ətraflı videoda...






Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar