Dubayın vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Dubay Beynəlxalq Hava Limanı yaxınlığında ilk hava taksi stansiyasının tikintisinə başladıqlarını elan edib.
Bakupost.az xəbər verir ki, bu barədə şahzadə sosial şəbəkə hesabında paylaşım edib.
“Biz Dubay Beynəlxalq Hava Limanı yaxınlığında Dubayın ilk hava taksi stansiyasının tikintisinə başlamışıq. Obyektin sahəsi 3 100 kvadratmetr olacaq. O, hər il təxminən 170 min sərnişinə xidmət göstərəcək ”, - Həmdan bin Məhəmməd bin Rəşid əl-Maktum yazıb.
Şeyxin sözlərinə görə, birinci mərhələdə şəhərin mərkəzində – “Dubay Marina” və “Palm Jumeirah” ərazilərində stansiyalar yaradılacaq. Bu xidmətin istifadəyə verilməsi 2026-cı ilə planlaşdırılır.