Ru
16:53 / 15 Aprel 2025

"Uçan taksi"nin sürücüsünün oğlu: Atamı xəstəxanadan məcburən çıxarıblar

"Uçan taksi"nin sürücüsünün oğlu: Atamı xəstəxanadan məcburən çıxarıblar
Eye

Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda Qabil Məmmədov haqqında səsləndirdiyi fikirlər olub.

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.

Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib.

"Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədlidə yerləşən Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib, günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50 faiz ehtimaldır. Hazırda 4-5 min manat pul yığılıb. 90-100 min manat pul yığılması isə şayiədir. Allah şahiddir", - deyə o əlavə edib.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, sözügedən pasiyentin stasionar müalicə müddəti yekunlaşdığı üçün o, evə buraxılıb.

Xatırladaq ki, bu gün TƏBİB bildirmişdi ki, Anar Nəcəfov müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar